Bu gün bananlı çox dadlı və zərif piroq bişirməyi cəhd edin, onun inanılmaz dadı və ətri sizi heyran edəcək.
Zərif bananlı piroq
Tərkibi:
- 200 qr un
- 1 yumurta
- 1 xörək qaşığı şəkər tozu
- 1 çay qaşığı qabartma tozu
- 100 qr kərə yağı
- 200 qr xama
- 1 yumurta
- 2 xörək qaşığı un
- 100 qr şəkər tozu
- 2 banan
Hazırlanma qaydası:
Öncə yumurtanı şəkər tozuyla birlikdə çırpın. Yumşaldılmış kərə yağı,qabartma tozu və un əlavə edin yaxşıca qarışdırın. Xəmiri yağlanmış soba sinisinə yayın. Bananları halqavari doğrayın və xəmirin üzərinə düzün. İçlik üçün yumurtanı şəkər tozu, xama və unla çırpın. Bananların üzərindən xamalı-yumurta qarışığını tökün. Öncədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bananlı dadlı piroq hazırdır.
Nuş olsun!


