Zərif yerkökü ruleti

Порций:   Время приготовления:

96304842_3256587_f61a18d2e8cca549c388831955c98ee6_b

Qeyri-adi dadı ilə qonaqları yaxşı mənada təəcübləndirən bu ruleti sizə təqdim edirik.

Tərkibi:

  • 400 qr yerkökü
  • 200 qr kəsmik(və ya filadelfiya pendiri 5%)
  • 3-4 ədəd yumurta ağı
  • göyərti
  • 1 diş sarımsaq
  • duz

Hazırlanma qaydası:

Öncə yerkökünü  sürtgəcin iri gözündə rəndələyin. Tavada azca öz buxarında bişirin, soyudun və duzlayın. Yumurtanın ağını köpürənədək çırpın. Yumurta ağını yerkökü ilə ehtiyyatla qarışdırın. Yumurtalı yerkökü qarışığını yağlı kağız sərilmiş soba sinisinə səliqəli yayın. 180-200 dərəcə qızdırılmış sobaya 15-20 dəqiqəlik bişməyə qoyun. Sobadan çıxarın və soyumağa qoyun.

Kəsmiyi çəngəllə əzin, duzlayın. Üzərinə diş sarımsaq(əzilmiş) və doğranmış göyərti əlavə edib qarışdırın. Bu içliyi bişən yerkökü korjunun üzərinə yayın və rulet kimi bükün. Streç salafana büküb soyuducuya qoyun. Süfrəyə verilən zaman rulet kimi dilimləyib xidmət edin.

Nuş olsun!
F2W7u7y4RBU
Метки записи: ,