Yolka oyuncağı keksi

Порций:   Время приготовления:

Uşaqlarınızı sevindirəcək və bayram süfrənizi bəzəyəcək qeyri-adi keks reseptini təqdim edirik.

Tərkibi:

Keks üçün:

  • 3 ədəd yumurta

  • 250 qr şəkər tozu

  • 125 qr kərə yağı

  • 100 ml süd

  • 2 çay qaşığı qabartma tozu

  • zövqə görə vanil

  • 250 qr un

Arasına yaxmaq üçün istədiyiniz krem

Üzəri üçün çəhrayı rəngli, ağ rəngli, boz rəngli mastika (şirin xəmir)

Hazırlanma qaydası:

Keks üçün bir qabda bütün məhsulları mikserlə çırpın. Çırpılmış kütlədən yağlanmış yuvarlaq formaya töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin.

Bişən keksləri qəlibdən çıxarıb soyuması üçün kənara qoyun.

Soyuyan keksin bir yarım hissəsinin arasına krem yaxıb ikinci yarım hissəsinin üzərinə çevirin.

Yuvarlaq top şəkli alan keksi hər tərəfli kremləyin. Mastikaya (şirin xəmirə) şirniyyat üçün istifadə edilən çəhrayı rəng qataraq yaxşıca yoğurun. Mastikanı yağlı kağız üzərində oxlovla yayıb, yuvarlaq keksin üstünü örtüb artıq hissəsini kəsib götütün (alt hissəsinin boşqaba oturması üçün bir az kəsərək düzləşdirə bilərsiniz). Ağ rəngli mastikadan qar dənəciyi dekorasiyası kəsərək çəhrayı mastikanın üzərinə su vuraraq yapışdırın.

Oyuncağın asacağı şəkli üçün boz rəngli mastikadan kəsib forma verin.

Nuş olsun!

Метки записи: ,