Yerkökülü plov

Порций: 5 nəfərlik   Время приготовления: 4 saat

Min bir dərdin dərmanı sayılan yerkökündən plov hazırlayırıq.plov

Tərkibi:

  • 500 qr uzun düyü
  • 6 ədəd orta ölçülü yerkökü
  • 2 baş sarmısaq
  • 400 qr quzu əti
  • 1 baş soğan
  • 150 qr əridilmiş yağ
  • 1 çimdik razyana
  • duz, istiot
Qazmaq üçün
  • 1 ədəd yumurta
  • 3  x/q un
  • 1 x/q xama
  • 1 çimdik sarıkök

Hazırlanması:

1.  Düyünü yuyub, 2 saat müddətində duzlu ilıq suda saxlayın.

2. Bu vaxt ərzində əti doğrayıb, qaynamağa qoyun. Ətin qoxusun aradan götürmək üçün suya 1 baş soğan atın. Kəfini təmizləyib, tam bişirin. Hazır olanda duz, istiot əlavə edib, tikələri bulyondan çıxarın.

3. Yerkökünü qabığından təmizləyib, orta uzunluqda doğrayın. Düyü ilə birgə, qaynayan duzlu suda bişirin. Düyü tam bişənə yaxın, süzüb kənara qoyun. 

4. Un, yumurta və xamanı bir qabda qarışdırıb, üzərinə sarıkök səpin. Qarışımı aşı dəmləyəcəyiniz qazanın dibinə qazmaq formasında yayın. Üzərinə ət tikələrini düzün. Daha sonra süzdüyünüz yerkökü və düyünü də qazana tökün. Plovun içərisinə 2 diş sarmısağı da qoyun. Razyananı səpib, yağı əlavə edin.

5. Təxmini 1,5 saat dəmlədikdən sonra isti halda süfrəyə verin. Razyana və sarmışağın qoxusunun vəhdəti plova xüsusi ətir qatır.

NUŞ OLSUN!


plov

Метки записи: