Elə bilirsiniz çips tək kartofdan hazırlanıb, satılan zərərli ərzağın adıdır? Yanılırsınız. Ev şəraitində tam zərərsiz banan və yerkökü çipsi hazırlayıb, uşaqlarınıza yedirə bilərsiniz.
Yerkökü və banan çipsləri
Tərkibi:
- yerkökü
- zeytun yağı
- zövqə görə ədviyyatlar
- 3 ədəd banan
- bir boşqab limon suyu
Hazırlanması:
Yerkökü çipsi
Yerkökünü təmizıləyib, soyun. İncə-incə halqalar kəsin. Sobanı 180 dərəcədə nizamlayıb qızdırın. Bir dərin qaba yerkökünü tökün, zövqə görə duz, zeytun yağı və istədiyiniz ədviyyatlarla qarışdırın. Yağlı kağız sərilmiş siniyə aralıqlarla düzüb daim nəzarət edərək bişirin.
Banan çipsi
Öncə sobanı 150 dərəcəyə nizamlayın. Bananları soyun və incə-incə çips qalınlığında doğrayın. Banan dilimlərini bir boşqab limonlu suya batırın. Artıq limon suyu bananların bişərkən qaralmasına səbəb olur. Yağlanmış və ya yağlı kağız sərilmiş soba sinisinə banan dilimlərini aralıqlarla yerləşdirin. Banan dilimləri çips quruluğuna çatana qədər 1 - 2 saat arası bişirin. Bişən banan çipslərini sobadan götürmədən soyudun. Hava keçirməyən bir qabda banan çipslərinizi 2 həftəyə qədər saxlaya bilərsiniz.
NUŞOLSUN!