Yeni ilin ənənəvi yeməyi- Hinduşka qızartması
Порций:
Время приготовления:
Tərkibi:
-
1 ədəd hinduşka
-
2 stəkan bulyon
-
kərə yağı zövqə görə
-
2-3 ədəd limon
-
6-8 diş sarımsaq
-
duz, istiot, qurudulmuş ədviyyatlar zövqə görə
Hazırlanma qaydası:
Hinduşka ətini yuyun və iç-çalatını təmizləyib çıxarın. Suyunu süzüb qurudun və duz , istiot vurun.
İçi təmizlənmiş hinduşka ətinin içərisinə ərinmiş kərə yağı vurun və ədviyyat səpin. Təmizlənmiş sarımsaqları və dilimlənmiş limonları da içərisinə yerləşdirin.
Sobanın dərin sinisinə 2 stəkan bulyonu tökün.
Sobanı əvvəlcədən 230 dərəcə qızdırın. Sininin üzərindən sobanın torunu yerləşdirin. Hinduşkanı torun üzərinə qoyub sobanın dərəcəsini 150 dərəcəyə endirib hinduşkanı sobada bişirin.
450 qramlıq hinduşka 13 dəqiqə bişirilir. Bişirdiyiniz hinduşkanın qramına görə bişirmə dəqiqəsini özünüz hesablaya bilərsiniz. Məsələn: 7 kq hinduşka təxminən 4 saat bişir. Hər 40-45 dəqiqədən bir hinduşkanı sobadan çıxarıb çevirin və soba sinisindəki bulyonla isladıb yenidən sobaya qoyun.
Bişməyinə 1 saat qalmış kərə yağıyla yağlayın və qızarması üçün yenidən sobaya qoyun. Hinduşkanın bişməyini yoxlamaq üçün diş çöpünü hinduşka ətinin döş hissəsinə, bud hissələrinə batıraraq yoxlayın. Əgər su çıxırsa deməli hələ hazır deyil. Sobanın dərəcəsini 70 dərəcəyə endirib daha 20-30 dəqiqəlik bişirə bilərsiniz.
Nuş olsun!
Еще с сайта: