Yaşıl və ya təzə soğan yeməklərə, salatlara əvəzsiz bir ləzzət qatır, bir o qədər də faydalıdır. Alıb soyuducuya qoyuruq, ehtiyacımız olduqda istifadə edirik. Ancaq bəzən soyuducuda bir neçə gün qaldıqda xarab olur, atmaq məcburiyyətində qalırıq.
Yaşıl soğanı aylarla təzə saxlamağın və ehtiyacımız olduqda asan bir şəkildə istifadə etməyin yolunu Recept.az oxucuları üçün təqdim edir.
Təzə soğanları yuyub, gələcəkdə nə böyüklükdə istifadə edəcəksinizsə o şəkildə doğrayıb bir plastik qaba qoyun. Plastik qabı qapağı bağlı olaraq soyuducunun dondurucu gözünə yerləşdirin. Ehtiyacınız olduqda istədiyiniz qədər istifadə edib qalanını dondurucuda saxlayın.