Yalnız 3 məhsulla dərinizi körpə dərisi kimi edən inanılmaz maska

Порций:   Время приготовления:

Hər bir baxımlı və cazibədar görünmək istəyən qadın salona gedərək və ya kosmetik məhsullarından seçərək üz maskalarından istifadə edir. Salona getmədən və bir mütəxəssis yardımı almadan özünüz ev şəraitində maskalar hazırlayıb üzünüzə tətbiq edə bilərsiniz.

Verəcəyimiz maska reseptinin sirri yalnız 3 məhsuldadır. Bu inanılmaz maskanı üz dərinizə tətbiq edin və cildinizin körpə dərisi kimi hamarlaşdığına şahid olun.

  • 1 ədəd banan

  • 1 xörək qaşığı xama

  • 1 yumurta sarısı

Hazırlanma qaydası:

Bir ədəd bananı soyun və yaxşıca əzin. Üzərinə 1 xörək qaşığı xama və yumurta sarısı əlavə edib yaxşıca qarışdırın. Bu maskanı üzünüzə tətbiq edin və 10-15 dəqiqə saxlayın. Daha sonra ilıq suyla üzünüzü yuyun.

Метки записи: