Yağlı qırmızı bibər turşusu reseptimizlə tanış olun.
Yağlı qırmızı bibər turşusu
Tərkibi:
- 1 kq qırmızı bibər
- 3-4 ədəd acı qırmızı bibər
- 1 stəkan sirkə
- 1 stəkan duru yağ
- 1,5 xörək qaşığı qaya duzu
- 4-5 diş sarımsaq
- 4-5 budaq cəfəri
- Su
- Uzun müddət ərimədən qalmağını istəyirsinizsə, yarım çay qaşığı salisil turşusu və ya yarım aspirin.
Hazırlanması:
Sarımsaqları soyub bir neçə parçaya bölün. Qırmızı bibərləri kiçik-kiçik doğrayın. Cəfərini də doğrayıb qarışdırın. Qaba doldurun. Üzərinə sirkə, yağ və duzu əlavə edin. 1 stəkan içməli suyun içində salisil turşusu və ya aspirini əridin və qaba əlavə edin. Qalan boşluğu da, su ilə doldurun. Qabın qapağını bağlayıb çalxalayın. Bu əməliyyatı turşunu qoyduğunuz gün 3-4 dəfə təkrarlayın. Bir neçə gün ərzində gündə 1 dəfə silkələyin ki, yağ və sirkə bibərə yaxşıca qarışsın. Bu turşunu istəsəniz ertəsi gün yeyə bilərsiniz, ancaq saxladıqca daha dadlı olur. Qırmızı bibər turşusunu sərin yerdə saxlayın.
NUŞ OLSUN!