Mətbəx sirləri dedikdə ağla ilk olaraq yemək reseptləri gəlsə də, bu dəfə mətbəxdə işinizə yarayacaq təklifləri təqdim edirik.
Fərqli ölçülərdə siyirtmələr
Sıfırdan mətbəx hazırlayırsınızsa, boşqab, stəkan, çəngəl, bıçaq, tava kimi hər biri başqa bir ölçüdə olan əşyalar üçün fərqli ölçülərdə siyirtmələrə üstünlük verin. Bununçün yalnız çəngəl bıçaq yerləşdirmək üçün çox böyük bir siyirtmə istifadə etmək lazım deyil.
Səbətlər
Həsirdən hazırlanan səbətlər heç bir zaman dəbdən düşməyən mətbəx məhsullarından biridir. Bu nümunədə siyirtmə içinə yerləşdirilən iki səbət görürük. Səbətlərə uyğun olaraq siyirtmə içərisinə iki ədəd dəlik açılıb. Bunun sayəsində siyirtməni daha səmərəli istifadə etmək olar.
Saxlama qabları
Mətbəxdə istifadə edilən ən sadə və rahat saxlama qablarından biri bankalardır. Bu bankaları hazır ala biləcəyiniz kimi özünüzdə hazırlaya bilərsiniz.
Fərqli rənglər
Mətbəx mebellərindən stol və stullar möhkəm olsalarda vaxt keçdikcə köhnəlmiş görünə bilər. Çünki dekorasiya trendləri çox sürətlə dəyişir. Hər il yeni bir mebel dəsti almaq şübhəsiz ki, çox xərc aparır və lazımsızdır. O halda evdəki mebellər üzərində dəyişklik edək. Məsələn, stullardan birini fərqli bir rəngə boyayaraq sıxıcı bir görünüşdən xilas edə bilərsiniz.
Ağıllı kəşflər
Blender, mikser kimi müxtəlif elektron alətləri üçün mətbəxlərdə cərəyan mənbəyinə ehtiyac var. Bununla yanaşı, dəzgah üzərində yemək hazırlanan sahələr olduğu üçün yaş ola bilər. Bu da təhlükələrə yol açır. Bu problemə çarə olaraq dəzgah ortasına açılan bir dəliyə cərəyan mənbəyi yerləşdirilir. Üzərinə qoyulan qapaq sayəsində təhlükənin də qarşısı alınır.
Fincan lampa
Köhnə və böyük bir fincandan hazırlanan tavan lampası çox yaradıcı olmaqla birlikdə əslində çox asandır. Alt qismi yonularaq əmələ gələn lampanı özünüz də evdə hazırlaya bilərsiniz.
Ağ rəngli qidalar
Ağ rəngli qidalar immunitet sistemini gücləndirir. Bunun la yanaşı xolesterolu və qan şəkərini salır, ürək xəstəlikləri riskini azaldırlar.
Sarımsaq, ...
Bir qadını ən çox düşündürüb, narahat edən, vaxtından tez qocaldan bilirsinizmi nədir? “Yeməyə nə bişirəcəm?”sualı. Biz xanımlar demək olar ki, hər gün ...