Xamalı soyutma ət
Порций:
Время приготовления:
Tərkibi:
-
500 qr mal əti
-
2 ədəd baş soğan
-
150 qr yağlı xama
-
1 xörək qaşığı acı xardal
-
1 xörək qaşığı un
-
1 stəkan qaynar su və ya ət suyu
-
duz
-
istiot
-
acı bibər tozu
-
bitki yağı
Hazırlanma qaydası:
İlk öncə ətləri yuyun,suyunu süzün və uzun tikələr şəklində doğrayın.
Soğanları yarım halqa şəklində doğrayın.
Dərin bir tavada bitki yağını qızdırın və ətləri qızılı rəng olanadək bişirin.
Soğanı da əlavə edib ətlə birlikdə bir qədər qovurun. Qovrulmuş ətə un əlavə edib tez qarışdırın.
Daha sonra 1 stəkan qaynar su və ya ət suyu əlavə edib ocağı zəiflədin.
Qapağını örtüb 40-50 dəqiqə bişirin. Bir qabda xama ilə xardalı qarışdırın və ətə əlavə edin.
Duz, istiot və acı bibər tozu töküb 30 dəqiqə zəif odda bişirin.
Nuş olsun!






Еще с сайта: