Xamalı Korjiklər
Tərkibi:
- 2 ədəd yumurta
- yarım stəkan şəkər tozu
- 125 qr marqarin(yumşaq)
- duz, vanil
- soda(söndürülmüş)
- 100 qr xama
- un
Hazırlanması:
Bütün ərzaqları qarışdırıb, yumşaq xəmir əldə edənədək un tökün. Ələ yapışmayan xəmir yoğurun. Xəmiri kündələrə ayırıb, oxlovla qalın yuxalar yayın. Zövqə görə qurabiyə formaları və ya sadəcə stəkan və kasanın ağzı ilə kəsib, üzərinə biraz şəkər tozu səpin. 180 dərəcə isidilmiş sobada yüngülcə qızaranadək bişirin. Çox qızartmayın ki, Korjiklər yumşaq olsun.
Bu qədər sadə və çooox dadlı...