Toyuq yeməklərini sevirsinizsə, bu reseptdən sonra daha da çox sevəcəksiniz.
Xama sousunda toyuq və spagetti
Xama sousunda toyuq hazırlamaq üçün lazım olan ərzaqlar:
- 1 ədəd toyuq
- 200 qr xama
- 5 x/q zeytun yağı
- kurri
- duz, istiot
- 1 ovuc şüyüd
Qarnir üçün
- 400 qr spagetti
Hazırlanma qaydası:
Toyuğun dərisini soyub, kiçik hissələrə bölüb, yuyuruq. Qazana düzüb, üzərinə biraz duz, istiot və su əlavə edirik. Toyuq bişən müddətdə sousu hazırlayırıq. Bunun üçün xama, zeytun yağı, duz, istiot və kürrini qarışdırıb, üzərinə xırda doğranmış şüyüd səpirik.
QEYD: Əziz kulinarlar, bilməyənlərin nəzərinə çatdırım ki, kürri ədviyyat növüdür. Əgər əlinizin altinda kürri yoxdursa, sarıkök və rəndələnmiş sarmısaq da istifadə edə bilərsiniz. Toyuğun suyu quruduqdan sonra, sousu üzərinə töküb 5 dəqiqə bişiririk.
Spagettini, duz əlavə edilmiş qaynar suya töküb, 15 dəqiqə bişiririk. Suyunu süzdükdən sonra, üzərinə biraz kərə yağı əlavə edib, süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN!