Vanilli-ballı pryaniklər

Порций:   Время приготовления:

Çay süfrələrini bəzəyən şirniyyatlardan ətirli və zərif ballı pryanik reseptini təqdim edirik.

Tərkibi:

  • 340 qr un

  • 1/4 çay qaşığı soda

  • 1,5 çay qaşığı darçın tozu

  • 1/4 çay qaşığı zəncəfil tozu

  • 1/4 çay qaşığı muskat qozunun tozu

  • 1/4 çay qaşığı ətirli istiot tozu

  • 1/8 çay qaşığı mixək tozu

  • 1/4 çay qaşığı qara istiot tozu

  • 125 qr kərə yağı (yumşaldılmış)

  • 115 qr qəhvəyi şəkər tozu

  • 1 ədəd yumurta

  • 60 qr bal

  • 1 çay qaşığı vanil ekstraktı

Qlazur üçün:

  • 130 qr şəkər kirşanı

  • 1 çimdik ətirli istiot tozu

  • 1 çimdik darçın tozu

  • 4 çay qaşığı (20 ml) su

  • vanil çubuğunun toxumları ( və ya vanilli şəkər tozu)

Hazırlanma qaydası:

Unu bir qaba ələyin. Üzərinə soda, ədviyyatlar,  istiot əlavə edib qarışdırın. Başqa bir qabda kərə yağıyla şəkər tozunu çırpın. Yumurta, bal və vanil əlavə edib qarışdırın. Unlu qarışığı da töküb xəmir yoğurun. Xəmiri streç salafana bükün və soyuducuya bir gecəlik yerləşdirin. Soyuducudan götürdüyünüz xəmirdən 20-30 qramlıq kündələr yuvarlayın. Yağlı kağız sərilmiş soba sinisinə 2 sm aralıqlarla düzün. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin.

Qlazur üçün şəkər kirşanı və ədviyyatlarını bir qaba ələyin. Su və vanil çubuğunun toxumlarını əlavə edib yaxşıca qarışdırın. Pryanikləri qlazura batırın və xidmət edəcəyiniz qaba düzün. Peçenyeləri qermetik konteynerdə saxlaya bilərsiniz.

Nuş olsun!

Метки записи: ,