Ürək bulkalar

Порций:   Время приготовления:

Ürək formalı bulkalar hazırlamaq asandan da asan imiş.

PLUU

Xəmir üçün:
  • 250 qr süd
  • 1 ədəd yumurta
  • 3 x/q şəkər tozu
  • 1 çimdik duz
  • 6 x/q qaşığı günəbaxan yağı
  • 1 ç/q quru maya
  • 500 qr un
İçlik üçün:
  • 50 qr əridilmiş kərə yağı
  • zövqə görə şəkər tozu
 

Hazırlanması:

İlıq südə, yumurta, şəkər tozu, duz əlavə edib, qarışdırın. Yağ və quru maya da tökün. Qarışdırıb, 5 dəqiqə kütləni gözlədin. Sonra üzərinə ələnmiş unu səpib, yumşaq xəmir yoğurun. Xəmiri mandarindən(naringi) biraz kiçik kündələrə ayırıb, dördbucaqlı şəkilində oxlovla yayın. Arasına yağ və şəkər tozu səpib, rulet formasında bükün.

plush1

Sonra ruleti şəkildəki kimi qatlayın.

plush2

Qatladığınız ruleti bıçaqla kəsib, ürək şəkilində açın.

plush Bulkaları aralı şəkildə yağlı kağızın üzərinə qoyub, dəsmalla örtün. İsti yerdə saxlayın ki, həcmi artsın. Sonra 200 dərəcə isidilmiş sobada, 20-25 dəqiqə bişirin.

NUŞ OLSUN!

PLUU 5. Выложить плюшки на противень, поставить в тёплое место чтобы они увеличились в объёме. 6. Выпекать при температуре 200 градусов 20-25 мин.

Метки записи: