Kartof qızartması sevməyən yoxdur. Sağlam və dadlı kartof qızartması üçün ən yaxşı üsul sobada, çox az yağla hazırlanan qızartmadır. Bir qədər vaxt aparsa da sağlam və ləzzətli olduğundan son zamanlar bu üsula daha çox üstünlük verilir.
Ürək şəklində kartof qızartması
Порций:
Время приготовления:
Tərkibi:
- 6 ədəd kartof
- 1/4 stəkan zeytun yağı
- duz
- 1-2 diş sarımsaq
- sarımsaq tozu
- soğan tozu
- holland pendiri və ya parmesan pendiri
- limon suyu
- kəklikotu
- zirə
Hazırlanma qaydası:
İlk öncə kartofların qabığını soyun, 1 sm qalınlığında dilimlər kəsin və kiçik ürək şəklində kəsici qəliblərlə kartof dilimlərinin üzərinə batıraraq ürək formalar əldə edin. Kartofları qaynar suda 3 dəqiqə bişirin, sudan götürün və kağız salfeti ilə qurudun. Bir qabın içərisinə zeytun yağı, duz, zirə, kəklikotu və xırda doğranmış sarımsaq əlavə edib qarışdırın. İstəyə görə holland pendiri və ya parmesan pendiri, soğan tozu, sarımsaq tozu, limon suyu əlavə edə bilərsiniz. Soyuyan kartofları bu qarışıqda marinə edin və 5 dəqiqə kənarda saxlayın. Kəfgir köməyi ilə yağlı kağız sərilmiş soba sinisinə kartofları yayın. Əvvəlcədən 205 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək yandırmadan təxminən 20-25 dəqiqə bişirin. Ürək şəklində kartof qızartmasını isti olaraq süfrəyə verin.
Nuş olsun!





Еще с сайта: