Unsuz brokoli keksi

Порций:   Время приготовления:

Hər dərdə dərman, tərkibində bol miqdarda C, A və E vitamin olan, həmçinin dəmir, mis və kalsium mineralları baxımından da zəngin olan brokolidən ləzzətli keks hazırlaya bilərsiniz.

Tərkibi:

  • 2 stəkan çəkilmiş brokoli ( xırdalanmış)

  • 1 ədəd yumurta

  •  1/4 stəkan rəndələnmiş kaşar pendiri

  •  1/4 stəkan parmesan pendiri

  •  duz

  •  istiot

Qarnir olaraq :

  • labne pendiri və ya qatıq

Hazırlanma qaydası:

Bir qabın içərisində mətbəx robotuyla xırdalanmış brokoli, yumurta, kaşa pendiri ,parmesan pendiri, duz və istiot töküb yaxşıca qarışdırın. Alınan kütləni soba sinisinə incə bir qat yayın. Keksi əvvəlcədən 180 dərəcə qızıdırılmış sobada 15 dəqiqə bişirin. Bişən keksi pendir və ya qaıtqla süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Метки записи: , ,