
Toyuqdan hazırlanan 2 dadlı resept

Ərzaqlar
- 150 qr qaynadılmış toyuq filesi
- 8 xörək qaşığı toyuq bulyonu
- 1 yumurta
- 1-2 diş sarımsaq
- 1 baş soğan
- istiot, xmeli-suneli, duz
- 500 qr toyuq filesi
- 250 qr şampinyon göbələyi
- 1 stəkan qatıq
- 1 ədəd soğan
- 1 xörək qaşığı zeytun yağı
- duz, istiot
Hazırlanması:
Toyuq filesindən oladi
Soğan və sarımsağı qabığından ayırıb, bir neçə hissəyə bölün. Bişmiş əti də, doğrayın. Üzərinə bulyon, yumurta, ədviyyatları da əlavə edib, bütün ərzaqları birgə blenderlə qarışdırın. Oladi forması verib, yağlı tavada ikitərəfli qızardın.
Qızardılmış qatıqlı, göbələkli toyuq filesi
Göbələk və soğan halqavari doğranır, tavada az yağda qızardılır. Toyuq filesi nazik doğranıb, duz və istiotlanır. Şüşə soba qabının dibinə düzülür. Üzərinə qızardılmış göbələk və soğan tökülüb, 1-2 xörək qaşığı su və qatıq da əlavə edilir. 170 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirilır.