Toyuq küftəli şorba

Порций:   Время приготовления:

Yaz aylarında heç ağlımıza gəlməyən şorba, havaların soyuması ilə birlikdə yenidən süfrələrin əvəzolunmazı oldu..Xüsusilə soyuq günlərdə asanlıqla hazırlaya biləcəyiniz şorbalar xəstəliklərdən qoruyaraq sizi isindirəcək.

Tərkibi:

  • 1 ədəd böyük ölçülü yerkökü

  • 4 diş sarımsaq

  • 1 ədəd soğan

  • 1 xörək qaşığı acı bibər tozu

  • 1 çay qaşığı muskat qozunun tozu

  • 1,5 litr toyuq bulyonu

  • 300 qr toyuq farşı (çəkilmiş toyuq əti)

  • 50 qr yaşıl noxud

Hazırlanma qaydası:

Yerkökünü yarımhalqa şəklində kəsin.

3 diş sarımsağı və 1 ədəd soğanı xırda doğrayın.

Sarımsağı və soğanın yarısını qazana töküb zeytun yağında qovurun.

Qazana toyuq bulyonu və ya soyuq suyu tökün. Doğranmış yerkökünü də əlavə edib qaynadın.

Küftələr üçün 2 diş sarımsağı sarımsaq əzəndən keçirin.

Qalan xırda doğranmış soğanı, acı bibər tozu, muskat qozunun tozu və çəkilmiş toyuq ətini bir qabda yaxşıca qarışdırın.

Əlinizi soyuq suyla isladın və ətdən diametri 1 sm olan küftələr yuvarlayın.

Su qaynadıqda ocağın altını zəiflədin və küftələri suya tökün.

Yerkökü yumşaldıqda yaşıl noxudu əlavə edin.

Daha 2 dəqiqə qaynadın və ocağın altını söndürün. Qazanın qapağını örtüb 20 dəqiqə kənarda saxlayın. Küftəni süfrəyə doğranmış baton çörəklə verin.

Nuş olsun!

Метки записи: ,