Toyuq ciyərindən paştet
Порций:
Время приготовления:
Tərkibi:
- 500 qr toyuq ciyəri
- 100 qr kərə yağı
- 1 ədəd soğan
- 3-4 diş sarımsaq
- 100 ml 20 %-lik qaymaq
- duz
- istiot
- 2 xörək qaşığı zeytun (tumu çıxarılmış)
- 1 budaq şüyüd
Hazırlanma qaydası:
Öncə tavada kərə yağını əridin, doğranmış soğan və sarımsağı yağda qovurun. Toyuq ciyərini iri tikələrə bölün. Ciyəri tavaya əlavə edin, duz və istiot töküb arabir qarışdıraraq bişirin. Bişən ciyəri blenderə tökün və eynikütləli alınanadək əzin. Qaymaq əlavə edin və blenderlə qarışdırmağa davam edin. Zeytunu halqalar şəklində kəsin və şüyüdü xırda doğrayın. Paştetə əlavə edib qarışdırın. Soyucuda bir neçə saatlıq saxlayın. Paştet hazırdır. Bu dadlı qəlyanaltını bir neçə gün soyuducuda saxlaya bilərsiniz.
Nuş olsun!






Еще с сайта: