Tbilisisayağı xaçapuri
Порций:
Время приготовления:
Tərkibi:
- 3 stəkan un
- 1 stəkan kefir
- 1 ədəd yumurta
- 50 qr kərə yağı
- 1 xörək qaşığı zeytun yağı
- 1 çay qaşığı şəkər tozu
- 1 çay qaşığı duz
- 0,5 çay qaşığı soda
- 400 qr bərk pendir
- 1 ədəd yumurta
Hazırlanma qaydası:
Bir qabda kefir, 1 ədəd yumurta, şəkər tozu və bitki yağını qarışdırın. Başqa bir qabda 2 stəkan un, duz və soda qarışdırın.
Üzərinə kefirli kütləni əlavə edib yumşaq xəmir yoğurun. Lazım olduqda qalan unu əlavə edin. Xəmirin üzərinə dəsmal örtüb dincəlməsi üçün kənara qoyun.
İçlik üçün pendiri rəndələyin, üzərinə yumurta əlavə edib qarışdırın. Xəmirdən 7 kündə düzəldin. Kündəni oxlovla açın.
Üzərinə içlikdən qoyub xəmirin kənarlarını içliyin üzərinə doğru bükün. Daha sonra çevirib oxlovla yayın. Xaçapurini tavada 2 üzlü qızardın.
Bişmiş xaçapurini süfrəyə verərkən kərə yağıyla yağlayın.
Nuş olsun!




Еще с сайта: