Napoleon tortu bir neçə fərqli qayda ilə hazırlanır.Təqdim etdiyimiz bu reseptlə tavada hazırlanan tort ağızda əriyən,zərif və çox dadlı alınır.
Napoleon tortu bir neçə fərqli qayda ilə hazırlanır.Təqdim etdiyimiz bu reseptlə tavada hazırlanan tort ağızda əriyən,zərif və çox dadlı alınır.
Xəmir üçün un,şəkər tozu,kərə yağı,süd,yumurta,maye yağ,uksusda söndürülmüş soda və duz əlavə edib orta konsistensiyalı xəmir yoğurun və 20-22 kündəyə ayırın.Tavanın ölçüsündən asılı olaraq korjlar yayın.
Korjları tavada qapağı bağlı olaraq 2 tərəfli qızardın.Bişən korjların üzərini dəsmalla örtmək lazımdır ki,qurumasın.
Krem üçün südü ocağın üzərinə qoyub isidin,üzərinə çırpılmış yumurta və şəkər tozu kütləsini əlavə edin və qarışdıra-qarışdıra qatılaşanadək bişirin. Sonra bu kütləni soyudun və kərə yağı əlavə edib yaxşıca çırpın. Daha sonra qatılaşdırılmış süd və vanil əlavə edib yenə qarışdırın.
Korjların arasına krem yaxın və üst-üstə yığın.Kənarlarının qırıntıqlarını ovuntu halına gətirin.Tortun kənarlarına ovuntu səpin və üzərinə sadəcə krem çəkin.Tortu yumşalması üçün bir neçə saat ərzində və ya 1 gecə otaq temperaturunda saxlayın. Nuş olsun!