Tavada çiyələkli kəsmikli tort

Порций:   Время приготовления:

Soba olmadan tavada dadlı çiyələkli kəsmikli tort bişirib çayın və qəhvənin yanında verə bilərsiniz.

Tərkibi:

Korjlar üçün:

  • 200 qr kəsmik

  • 1 ədəd yumurta

  • 1 stəkan şəkər tozu

  • 300 qr un (apardığı qədər)

  • 1 çay qaşığı soda 1 xörək qaşığı uksus ( sodanı söndürmək üçün)

  • 1/4 çay qaşığı vanil

Kremi üçün:

  • 500 ml süd

  • 2 ədəd yumurta

  • 1 stəkan şəkər tozu

  • 3 xörək qaşığı un

  • 1/4 çay qaşığı duz

  • 150 qr kərə yağı

Bəzəmək üçün 200 qr giləmeyvə (çiyələk, moruq, qara qarağat və s.)

Hazırlanma qaydası:

"Zavarnoy "(bişmiş) kremi hazırlamaq üçün ilk öncə yumurta və şəkər tozunu tel çırpıcıyla və ya mikserlə çırpın. Üzərinə duz və un töküb çırpmağa davam edin. Balaca qazanda ocaqda südü qızdırıb çırpıdığınız kütləyə az-az tökərək çırpın. Yumurtalı-südlü kütləni südlü qazana tökün və su hamamında (suyu öncədən ocağın üzərinə qoyub qaynadın) qarışdırın.

Topaqlanmaması üçün qatılaşanadək qarışdırın. Bişmiş kremə vanil əlavə edib qarışdırın və ocaqdan götütüb soyuması üçün kənara qoyun.

Yumşaldılmış kərə yağını mikserlə çırpın, üzərinə soyumuş bişmiş kremi tədricən əlavə edərək çırpın.

Xəmiri üçün kəsmiyi ələkdən keçirin, üzərinə şəkər tozu və yumurta əlavə edib qarışdırın. Uksusda söndürülmüş soda və vanil töküb qarışdırın. Unu tədricən tökərək ələ yapışmayan xəmir yoğurun. Xəmirdən 6-8 ədəd tavanın böyüklüyündən asılı olaraq kündələr yuvarlayın. Kündələri unlanmış dəzgahda tavanın diametrində yuvarlaq yuxalar kəsin.

Yuxaları çəngəllə deşin və qızdırılmış yağsız tavada iki tərəfli yağsız bişirin. Eyni qayda ilə qalan kündələri də bişirin və korjları soyudun. Korjları kremləyib üst-üstə düzün. Tortu 1 saatlıq soyuducuya yerləşdirin. Tortun üzərini doğranmış çiyələklə bəzəyin. Zövqə görə xırda doğaranmış qoz, kokos və rəndələnmiş şokoladla bəzəyə bilərsiniz.

Nuş olsun!

Метки записи: , , ,