Sulu küftə

Порций:   Время приготовления:

17238868_724577387713599_902566890_n

Türk mətbəxinin küftəsi

Tərkibi:

  • 300 qr dana əti 
  • 1 ədəd yumurta
  • 1 ədəd soğan
  • cəfəri 
  • duz , istiot 
  • 1 xörək qaşığı tomat
  • 2 ədəd kartof 
  • 1 ədəd yerkökü 
  • 2 ədəd rəngli bibər (sarı, qırmızı)
  • 1 ədəd soğan
  • 100 qr yaşıl noxud 
  • duz , istiot 
  • pul biber
  • yağ

Hazırlanma qaydası:

Dərin bir qaba ətçəkən maşından çəkdiyimiz əti qoyub , üzərinə soğanı rəndələyib, cəfərini xırda doğrayıb , yumurta , duz istiot əlavə edib qarışdırırıq. Hazırladığımız ətdən balaca parçalar götürüb , əlimizdə yumurulayırıq. Qızğın yağın içərisində az qizardırıq. Kənarda böyük qazana yağı töküb , üzərinə soğanı doğrayıb əlavə edib az qovururuq. Daha sonra tomat pastasini əlavə edib qovururuq. Ardından kartof, kök , bibərləri kvadrat doğrayıb , qizartdiğimiz əti , duz , istiot pul biber əlavə edib biryerdə 5-10 dəqiqə qovururuq. Sonra yaşıl noxudu , 2 st qaynadılmış suyu töküb, orta odda tərəvəzlər bişənədək bişiririk. Çörəklə və ya plov , makaron , qarabaşaq yeməklərinin yanında süfrəyə verə bilərsiniz. Nuş olsun! Resept üçün Suriye xanıma təşəkkür edirik! 17238868_724577387713599_902566890_n
Метки записи: