Azərbaycan əsilli məşhur kulinar Stalik Xankişiyev Özbəkistanda doğulub. Buna görə də o milli mətbəximizdən əlavə özbək mətbəxini də çox sevir. Sevimli aşpaz Xankişiyevin özbəksayağı təndirdə plov reseptini Sizə təqdim edirik.
Stalik Xankişiyevdən ləzzətli Toyuqlu plov resepti
Ərzaqlar:
- 1,5 kq toyuq
- 600 qr yerkökü
- 5 ədəd orta acılıqlı qırmızı bibər
- 2 baş soğan
- 2 x/q ördək yağı (bu aşpazın seçimidir, siz əridilmiş kərə yağı istifadə edə bilərsiniz)
- 1 baş sarımsaq
- zirə,duz, istiot,sarıkök,keşniş toxumu
- yarım stəkan su
- 1 kq uzun düyü
- 300 qr əridilmiş kərə yağı
- duz,zəfəran
Hazırlanması:
Məşhur kulinar, bu plovu özünəxas şəkildə saxsı qabda, təndirdə hazırlayır. Sizsə təndir əvəzi soba istifadə edə bilərsiniz. Keçək hazırlanma qaydasına. Öncə toyuğu doğrayıb,yuyub quruduruq. Bir neçə qaşıq zeytun yağı, duz, istiot, zirə, sarıkök, keşniş toxumunu qarışdırıb, toyuq tikələrinin üzərinə töküb, 1 neçə saatlıq marinə edin. Sonra saxsı qabın dibinə yarımhalqa doğranmış soğan sonra isə marinə edilmiş tikələri düzün.
Üzərinə 1 baş sarımsağı elə təmizlənməmiş halda qoyun. Uzun və icə doğranmış yerkökünü də qaba tökün.
Sonda qırmızı bibərləri düzüb, yağı əlavə edirik. Müəllif öz reseptində sağlamlıq üçün çox faydalı ördək yağından istifadə edib, lakin siz əridilmiş kərə yağı istifadə edə bilərsiniz. Sonda isə suyu töküb, qabın qapağını örtürük.
Təndir və ya sobada bişməyə qoyuruq.
Düyünü bir neçə saat duzlu ilıq suda saxladıqdan sonra, qaynayan duzlu suda yarıçiy bişiririk. Düyünü süzüb, sonra digər saxsı qaba tökürük. Üzərinə dəmlənmiş zəfəranı və əridilmiş yağı da töküb, təndirdə dəm almağa qoyuruq.
Bu qədər... Alışdığımız bir neçə çeşid plov reseptlərindən əlavə belə maraqlı aş hazırlayıb, ailənizi sevindirin.
NUŞ OLSUN!
Əziz kulinarlar, əgər saxsı qab və təndiriniz yoxdursa plovu və toyuqlu aşqarasını adı qaydada ocağın üzərində qazanda da bişirə bilərsiniz.
Mənbə: stalic.livejournal.com