Soyuq havalarda dəriyə qulluq üçün MASKALAR

Порций:   Время приготовления:

Soyuq hava dərinizi həssas bir hala gətirə bilər. Bəs bu hallarda dəriyə qulluq necə olmalıdır?

Quru və həssas dərisi olanların soyuq havalarda yaşadığı dəri problemləri artır. Məhz soyuq havalarda dərinizə yaxşı təsir edəcək ev şəraitində hazırlanan 3 maskayla dərinizin yenilənməsinə köməkçi olun.

Nəmləndirici maska

Tərkibi:

  • 1 ədəd yerkökü

  •  Yarım yetişmiş Amerika avokadosu

  •  1 xörək qaşığı bal

  •  1 ədəd yumurta sarısı

Hazırlanma qaydası və tətbiqi:

Yerkökünü yumşalana qədər bişirin. Daha sonra Amerika avokadosu ilə birlikdə əzərək içərisinə bal, zeytun yağı və yumurta sarısını əlavə edib yaxşıca qarışdırın. Təmizlənmiş dərinizə yaxın və 15 dəqiqə gözlədin. Daha sonra ilıq su ilə yuyun.

Parlaq və canlı göstərən dəri maskası

Tərkibi:

  •  1 çay qaşığı qarğıdalı unu

  •  Apardığı qədər duzsuz kərə yağı

  •  1 çay qaşığı zeytun yağı

 Hazırlanma qaydası və tətbiqi:

Qarğıdalı unu, kərə yağı və zeytun yağını bir kasada qarışdırın. Krem konsistensiya gələnə qədər qarışdırandan sonra 15 dəqiqə dincəlməsini gözləyin. Təmiz dərinizə tətbiq edib qurumağını gözləyin. Quruyan maskanı ilıq su ilə təmizləyin.

Gərginliyi aradan qaldıran və dərini rahatlaşdıran maska

Tərkibi:

  • yarım banan

  • 2 xörək qaşığı bal

Hazırlanma qaydası və tətbiqi:

Bananı və balı bir kasada yaxşıca qarışdırın. Daha sonra dərinizə tətbiq edib, 20 dəqiqə gözlədin. Sonra ilıq su ilə üzünüzü yaxalayın.

Метки записи: , ,