Şokoladlı və qozlu alma
Порций:
Время приготовления:
Tərkibi:
- 2 ədəd böyük alma
- 1 plitka şokolad (südlü və ya acı)
- 1 qaşıq kokos yağı
- 400 qr şəkər tozu
- 100 qr xırdalanmış qoz
- dondurma çöpləri
Hazırlanma qaydası:
Almaları dilimlər şəklində kəsin və tumlarını təmizləyin.
Plitka şokoladı mikrodalğalı sobada 2 dəqiqəlik əridin.
Kokos yağı əlavə edib qarışdırın.
Alma dilimlərini yağlı kağız sərilmiş soba sinisinə düzün.
Dondurma çubuğunu almaya batırın və şokolada bulayın.
Karamel hazırlamaq üçün bir qabda şəkər tozunu dayanmadan qarışdıraraq əriyənədək bişirin.
Alınmış karamellə almaları bəzəyin və qoz səpin.
Təxminən 1 saatlıq soyuducuya qoyun.
Desert hazırdır!
Nuş olsun!




Еще с сайта: