Şokoladlı plombir

Порций:   Время приготовления:

Dadlı və faydalı dondurma yemək istəyirsinizsə ev şəraitində hazırlanan şokoladlı plombiri sınaya bilərsiniz.

Tərkibi:

  • 1 stəkan süd

  • 400qr şəkər tozu

  • 100qr şokolad

  • 6 ədəd yumurta sarısı

  • 3 stəkan yağlı qaymaq

Hazırlanma qaydası:

Süd, şəkər tozu və yumurta sarılarını bir qabda su hamamına qoyun.

Üzərinə şokoladı sındırıb əlavə edin. Bu qarışığı qatılaşanadək qarışdırın.

Qarışığı soyudun və möhkəm çalınmış qaymaqla birləşdirin.

Qarışığı yaxşıca qarışdırın və dondurma formalarına yaxudda sadə qabda soyuducuya yerləşdirin.

Zövqə görə dondurmanı süfrəyə meyvə dilimləri ilə verə bilərsiniz.


Метки записи: