Dadı və forması dillər əzbəri olan Brauni tortuna çox bənzəyən, ağızda əriyən çox dadlı peçenyeni uşaqlarınız üçün bişirə bilərsiniz.
Şokoladlı peçenye “Brauni”
Tərkibi:
- 100 qr kərə yağı və ya marqarin
- ¾ stəkan şəkər tozu
- 1 yumurta
- 1 çay qaşığı vanil
- 1 stəkan un
- 5 xörək qaşığı kakao
- 1/3 çay qaşığı soda
- ¼ çay qaşığı duz
Hazırlanma qaydası:
Öncə yumşaldılmış kərə yağı və ya marqarini şəkər tozuyla mikserlə çırpın. Üzərinə yumurta və vanil əlavə edib çırpmağa davam edin. Daha sonra un,kako,soda və duz əlavə edib yenə çırpın.
Xəmiri 1 saatlıq soyuducuya qoyun. Soyudulmuş xəmirdən qoparıb 3 sm diametri olan kürəciklər düzəldin,əlinizlə yüngülcə yastılaşdırın. Kürəcikləri yağlı kağız sərilmiş siniyə düzün və 180 dərəcə qızdırılmış sobada 8-10 dəqiqə bişirin. Bişmiş peçenyeləri soyudun və süfreye verin.
Nuş olsun!