Əgər siz bayram deserti ilə doğmalarınızı və dostlarınızı təəccübləndirmək istəyirsinizsə, onda zərif şokoladlı kəpənəklərin hazırlanmasını öyrənin. Məhəbbəti, xoşbəxtliyi, firavanlığı simvolizə edən kəpənəklər sizin desertdə xoş əhval-ruhiyyə yaradaraq möhtəşəm görüntüsü ilə bütün qonaqları heyrətləndirəcək..
Şokoladlı kəpənəklərin hazırlanma qaydası:
İnternetdən ən müxtəlif kəpənəklərin rəsmlərini çap edin. Kəpənəklər olan vərəqi faylın içərisinə yerləşdirin.
Və yaxudda şokoladı su hamamında əridə bilərsiniz.
Əridilmiş şokolad paketinin küncündən çox balaca kəsin və kəpənəklərin faylın üzərindən görünən yalnız qanadlarını şokoladla çəkin.
Kəpənəklərin qanadlarının daha möhkəm olması üçün mümkün qədər qanadları qalınlaşdırmağa çalışın.
Otaq temperaturunda qanadlarını qurumağa qoyun, daha sonra 10 dəqiqəlik soyuducuya yerləşdirin (fayldan daha asan çıxması üçün).
Kəpənəklərin bığcıqlarını da ayrıca çəkin.
Soyuq barmaqlarınızla (soyuq su altında barmaqlarınızı saxlayın və ya əlinizdə buz parçaları saxlayın) faylın üzərindən qanadları çıxarın və yağlı (perqament) kağızının üzərinə düzün.
Şokoladı mikrodalğalı sobada təkrar qızdırın. Qatlanmış yağlı kağızın orta hissəsindən kəpənəyin “gövdə” hissəsini çəkin.
Daha sonra “gövdə” ilə birlikdə yağlı kağızı açıq kitab arasına qoyun və kəpənəyin qanadlarını gövdəyə yapışdırın ( tez edin ki, şokolad qurumadan yapışsın).
Kitabı lazım olan dərəcədə açıq saxlayın və soyuducuya donması üçün yerləşdirin.
Yağlı kağız üzərindən kəpənəkləri ehtiyyatla çıxarın və bütün desertlərin üzərini şokoladlı kəpənəklərlə bəzəyə bilərsiniz.
Ağ rəngli qidalar
Ağ rəngli qidalar immunitet sistemini gücləndirir. Bunun la yanaşı xolesterolu və qan şəkərini salır, ürək xəstəlikləri riskini azaldırlar.
Sarımsaq, ...
Bir qadını ən çox düşündürüb, narahat edən, vaxtından tez qocaldan bilirsinizmi nədir? “Yeməyə nə bişirəcəm?”sualı. Biz xanımlar demək olar ki, hər gün ...