Əziz kulinarlar, sadə ponçik resepti ilə artıq Sizi tanış etmişik. Bugün isə, son zamanların çox məşhur şirniyyat növünə çevrilən "Şokoladlı ponçik(donut)" reseptinı təqdim edəcəyik.
Şokoladlı donut (ponçik)
Tərkibi:
- 1 stəkan ilıq süd
- 1 stəkan ilıq su
- 1 stəkan duru yağ
- 150 qr otaq temperaturunda yumuşadılmış marqarin və ya kərə yağı
- 1 stəkan şəkər tozu
- 1 çimdik duz
- 1 paket maya
- apardığı qədər un
- yarım stəkan un
- yarım stəkan kakao
- 1 stəkan şəkər tozu
- 2 stəkan süd
- 2 xörək qaşığı duru yağ
Hazırlanması:
Bir qabda maya, şəkər tozu və ilıq suyu qarışdıraraq, mayanı və şəkər tozunu əridin. Sonra yumşaq marqarini (kərə yağı da olar), maye yağı, südü və duzu töküb, az-az un əlavə edərək yoğurmağa başlayın. Qoğal xəmirinə bənzər xəmir alınmalıdır. Xəmiri otaq temperaturunda 1 saat mayalanmağa qoyun. Mayalanan xəmirdən bir kündə qoparıb, dəzgahın üzərinə un səpərək, oxlovla açın və su stəkanı və ya bir xəmir qəlibiylə kəsib, daha sonra kiçik bir qəliblə ortasını kəsərək, dəlikli dairələr əldə edin. Xəmirləri ehtiyatla yağlı kağız sərdiyiniz soba sinisinə yerləşdirib, 20 dəqiqə gözlədin. Qabaran xəmirləri əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin. Dairələr bişərkən, şokolad sousunu hazırlayın. Geniş bir qazana un,kakao, şəkər tozu və südü töküb çırpma teli ilə çırpın. Qazanı ocağa qoyub dayanmadan qarışdıraraq 4-5 dəqiqə bişirin. Ocaqdan götürüb 2 xörək qaşığı duru yağ əlavə edərək soyumağa qoyun. Bişən dairələri sobadan çıxarıb soyutduqdan sonra bir tərəflərini hazırladığınız şokolad sousuna bulayıb, kənarda 5-10 dəqiqə gözlədin. Hazır donutların üzərini zövqə görə bəzəyib, süfrəyə verə bilərsiniz. Hətta şokoladlı qlazuru digər rəngli kremlərlə əvəzləmək olar.
Nuş olsun!