Şokoladlı brownie (brauni)

Порций:   Время приготовления:

Dadlı və məşhur şirniyyatlardan olan şokoladlı brownie (brauni) reseptini təqdim edirik.

Tərkibi:

  • 200 qr tünd şokolad

  • 250 qr kərə yağı

  • 4 ədəd yumurta

  • 100 qr şəkər tozu

  • 100 qr un

Hazırlanma qaydası:

İlk öncə kərə yağıyla şokoladı zəif ocaqda əridin. Ocaqdan götürüb qarışdırın və soyuması üçün kənara qoyun. Bir qabda yumurta, şəkər tozu və unu çırpın. Alınan kütləni şokoladlı qarışıqla qarışdırın.

Bişirəcəyiniz formaya tökün (formanı yağlamayın) əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!

Метки записи: , ,