Şokolad ilə tort bəzəmək ÜSULLARI

Порций:   Время приготовления:

Şokolad, şirniyyatların və peçenyelərin əvəzolunmazı, qəhvənin yanına müşayiət edən ən gözəl qidadır. Müxtəlif növləri ilə ən sevilən və ən çox yeyilən şirniyyatlardan biridir.  Şokolad ilə tort bəzəmək üçün fərqli  metodlar istifadə edərək qeyri-adi tort dekorasiyaları yarada bilərsiniz.

Rəndələnmiş şokolad ilə dekor

Şokolad ilə tort bəzəmə məsələsində illərdir dəyişməyən üsullardan biridir.  Hər zaman qəşəng bir görüntü yaratmağı bacarır. Yuxarıdakı şəkildə göründüyü kimi, bu şəkildə fərqli naxışlarda şokoladlar yarada bilərsiniz. Özünüz hazırladığınız  şokolad  sousunu dondurduqdan sonra bu şəkildə şokolad bəzəkləri edə bilərsiniz.  Bir bıçaq köməyi ilə yaratdığınız nazik şokoladlı rulonları tort üzərində dekorasiya kimi istifadə edə bilərsiniz.

Şokolad sousu ilə dekor

Son zamanlar populyar olan şokolad sousu ilə şəkil verib , bunları dondurub tort üzərində işlədə bilərsiniz. Bu bəzəklər üçün maye şokolad sousunu yağlı kağız üzərinə istədiyiniz naxışlarla çəkin. Donduqdan sonra tort dekorasiyaları  hazırdır.

Şokoladlı qlazur ilə dekor

Tort bəzəmək üçün ən çox istifadə edilən metodlardan biri də şokoladlı qlazurlardır. Qlazur ilə tortu bəzəyib qurtarandan sonra zövqə görə şokolad dilimləri ilə və yaxudda mövsümü  meyvələri ilə tortu tamamlaya bilərsiniz.

Son illərdə qlazur ilə bəzəmək  üsullarından ən məşhur olanı isə, ingiliscə "mirror glazing" olaraq deyilən parlaq qlazurlardır. Bu qlazur haqqında “Tortlara fərqli görünüş verən parlaq qlazur” yazımızdan  oxuya bilərsiniz.

Və son olaraq qarışıq  şokolad ilə dekor

Yuxarıda bəhs etdiyimiz bütün şokolad ilə tort bəzəmə növlərinin hamısını qarışdıraraq daha yaradıcı və ləziz tortlar ortaya çıxara bilərsiniz. Tortun hər yerini boşluq qalmayacaq şəkildə şokoladlarla bəzəmək əvəzinə, yalnız bir hissəsində bəzəyin. Beləliklə, daha qəşəng və professional görünüşlü bir tort olacaq.

Метки записи: , ,