Bu bananlı kokteylin hazırlanması cəmi bir neçə dəqiqə çəkir, ona görə də onu hətta səhərlər hazırlamaq olar. Şokolad və banan əhval-ruhiyyənin yüksək qalmasına çox kömək edir, eləcə də, darçın və vanilin xoş ətiri
Şokoladlı, bananlı isti kokteyl
Tərkibi:
- 500 ml süd
- 1 banan
- 1 vanil çubuğu
- 50 qr şokolad
- üyüdülmüş darçın
Hazırlanma qaydası:
Bir qazanda südü isidin. Daha sonra kəsilmiş vanil çubuğunu südün içərisinə qoyub, götürə bilərsiniz. Blenderin və ya çəngəlin köməyi ilə bananı püre halına gətirin. Südü isidərək, üzərinə banan püresini əlavə edin.
Şokoladı sındırın və südə əlavə edib şokolad tamamilə əriyənədək yaxşıca qarışdırın. Kokteyl hazır olduqda ocağın üsütündən götürün və fincanlara tökün. Kokteylin üzərinə darçın səpib, süfrəyə verin.