Hazırlanması çox sadə və dadı super olan sobada toyuq kababını həm bayram süfrələri üçün, həm də gündəlik yemək süfrələrinə qoymaq üçün bişirə bilərsiniz.
Sobada toyuq kababı
Tərkibi:
- 2 ədəd toyuq filesi
- 2 xörək qaşığı bitki yağı
- 2 diş sarımsaq
- 1 xörək qaşığı şəkər tozu
- 1 xörək qaşığı quru və ya təzə doğranmış keşniş
- 1 xörək qaşığı soya sousu
- çili istioti
- duz
Hazırlanma qaydası:
Çöp şişləri 30 dəqiqə suda isladın. Toyuq filesini uzun zolaqlar şəklində kəsin. Marinad üçün bitki yağı, şəkər tozu, keşniş, soya sousu, əzilmiş sarımsaq, duz və istiot bir qabda qarışdırılır. Daha sonra fileni çöp şişlərə qat-qat (qarmoşka) şəklində düzün və marinadın içərisinə qoyun. Qabın üzərini streç salafanla örtün və soyuducuya 2 saatlıq marinə olunması üçün qoyun.
Saatın tamamında marinə olunmuş ətləri öncədən 200 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Kababları qızılı rəng olanadək bişirin. Çöpləri bir dəfə çevirməyi unutmayın.
Nuş olsun!



