Bu yemək türk mətbəxinin küftə növlərindən biridir. Bişirilmə qaydası asan, görünüş və dad etibarilə ilə möhtəşəmdir. Badımcanlı küftəni qonaqlarınız üçün də, hazırlaya bilərsiniz.
Sobada badımcanlı küftə
Tərkibi:
- 150 qr qiymə ( quzu və ya dana əti)
- 2 baş soğan
- 2 ədəd pomidor
- 1 ədəd yaşıl bibər
- duz, istiot
- 2 ədəd iri badımcan
- 4 diş sarmısaq
- 2 qaşıq tomat
- 2 qaşıq bibər kürüsü ( bibər salçası)
- 3 x/q bitki yağı
- 1 stəkan isti su
- duz, isiot
Hazırlanma qaydası:
1 Badımcanları qabıqlı, biraz qalın halqa formasında doğrayırıq. 30 dəqiqə duzlu suda saxlayırıq.
2 Bu müddət ərzində küftələri hazırlayırıq. Qiymənin üzərinə ətçəkən maşında xırdalanmış soğanı, ədviyyatları əlavə edib, qarışdırırıq. Yastı və yumuru formada küftələr hazırlayıb, 10 dəqiqə soyuducuda saxlayırıq.
3 Sousun hazırlanmasına keçək. Salça, yağ və tomatı qarışdırıb, üzərinə isti suyu tökürük. Həll olanadək qarışdırıb, duz və istiotlayırıq.
4 İstəyə görə soba forması götürüb, içərisinə badımcan dilimləri və küftələri növbə ilə düzürük. Yaxşı olar ki küftə ilə badımcanı kənarda əlinizlə bir-birinə birləşdirib, sonra qaba düzəsiniz. Prosses tamamlandıqdan sonra, üzərinə doğranmış pomidor, bibər və sarmısağı düzüb, sousu əlavə edirik. Folqa ilə üzərini bağlayıb, 200 dərəcədə 1 saat bişiririk.
5 Hazır xörəyi qatıqla süfrəyə verə bilərsiniz. NUŞ OLSUN!