
Soba paketində toyuq
Порций:
Время приготовления:

Ərzaqlar:
- 1 ədəd 1-1,5 kiloluq toyuq
- 1 ədəd soba paketi
- 1 çay qaşığı un
- 1 xörək qaşığı limon suyu
- 4 ədəd kartof
- 3 ədəd yerkökü
- 2 xörək qaşığı zeytun yağı
- duz, kəklikotu, istiot, qırmızı şirin bibər tozu
- 2 diş rəndələnmiş sarımsaq
Hazırlanması:
Öncə, toyuğu yuyub qurulayırıq. Sous üçün vəsaitləri bir qabda qarışdırırıq.Toyuğun hər tərəfinə əvvəl limon suyunu, sonra da sousu yaxıb, 1 saat saxlayırıq. Soba paketinin içinə 1 çay qaşığı un səpib, toyuğu ehtiyatla paketin içinə yerləşdiririk. Kartof və yerkökünün qabıqlarını soyub dilimləyib yerdə qalan sousa bulayırıq. Tərəvəzləri soba paketinin içinə yerləşdirdikdən sonra paketin ucunu qıvıraraq bağlayırıq. Paketin üzərindən bir neçə yerindən iynəylə dəliklər açırıq, soba sinisinə qoyub, 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişiririk. Sobadan çıxardıb, paketin ağzını diqqətlə açırıq ki, buxarı əlimizi yandırmasın. Yenidən sobaya qoyub, üzəri qızarana qədər bişiririk. Qızaran toyuğu sobadan çıxardıb, yavaşca paketı açırıq. Sobada bişmiş ləzzətli toyuğu süfrəyə veririk. Nuş Olsun!


Еще с сайта: