Şirin krendel

Порций:   Время приготовления:

Şirin krendel - hər evdə olan ən ucuz məhsullarla hazırlanan dadlı, yumşaq, eyni zamanda xırçıldayan  bulka növüdür. Krendelin duzlu, şirin, qlazurlu və s. növləri var. Bu gün biz sizə şəkərli (şirin) krendel reseptini təqdim edirik.

Tərkibi:

Xəmiri üçün:

  • 2,5 stəkan un

  • 0,5 çay qaşığı duz

  • 2 xörək qaşığı şəkər tozu

  • 2,5 çay qaşığı maya

  • 1 stəkan süd

Toppinq üçün:

  • yarım stəkan isti su

  • 1 xörək qaşığı soda

Yağlamaq üçün 3 xörək qaşığı əridilmiş kərə yağı

Üzərinə səpmək üçün 3-4 xörək qaşığı şəkər tozu

 

Hazırlanma qaydası:

Xəmir üçün bir qabda ( və ya mikserlə) süd, maya, duz, şəkər tozu və un töküb yumşaq, ələ yapışmayan xəmir yoğurun. Xəmiri başqa unlanmış bir qaba yerləşdirib üzərini örtüb 30 dəqiqəlik acımağa qoyun.

Xəmiri yağlanmış dəzgahın üzərinə qoyub bıçaqla kündələr kəsin.

Kündələri yayaraq “ip” şəkli verin.

Şəkildə gördüyünüz formada “ip” lərin uclarından tutaraq ortaya doğru əyib çarpaz birləşdirin.

Toppinq üçün 1 xörək qaşığı sodanı yarım stəkan isti suda həll edin (soda əriməyə də bilər). Krendel forması verdiyiniz xəmirləri sodalı suya salıb çıxarın. Yağlanmış və ya yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Otaq temperaturunda 10 dəqiqə saxlayın və əvvəlcədən 210 dərəcə qızdırılmış sobada təxminən 9-10 dəqiqə üzəri qızaranadək bişirin.

Sobadan götürdüyünüz isti krendellərin üzərinə əridilmiş kərə yağı yaxın.

Bol şəkər tozu səpin və 10-15 dəqiqəlik kənara qoyun.

Dadlı şirin krendellər hazırdır.

Nuş olsun!

Метки записи: