Səbət salatı
Порций:
Время приготовления:
Tərkibi:
Xəmir üçün:
-
250 qr un
-
1 ədəd yumurta
-
1-2 xörək qaşığı su
-
1/2 çay qaşığı duz
-
120 qr kərə yağı
-
1/3 çay qaşığı qabartma tozu
Salat üçün:
-
2 ədəd yumurta
-
1/2 stəkan konservləşdirilmiş yaşıl noxud
-
2 ədəd yerkökü
-
1/2 ədəd kərəviz kökü
-
3 ədəd duzlu xiyar
-
1 ədəd cəfəri kökü
-
mayonez
-
duz
-
istiot
-
Üzəri üçün yaşıl soğan
Hazırlanma qaydası:
Unu ələyin, bir qabda qabartma tozu və duz ilə qarışdırın.
Unun orta hissəsində boşluq açın, yumurta və xırda doğranmış kərə yağı əlavə edin. 1-2 xörək qaşığı su əlavə edib xəmir yoğurun. Xəmiri təxminən 0,5 sm qalınlığında yayın və dairələr kəsin. Kiçik ölçülü keks qablarına xəmirləri yerləşdirin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin. Xəmirin qalan hissəsindən səbətin qulp hissəsi şəkli verin. Yağlı kağız sərilmiş soba sinisinə düzün və qızılı rəng alanadək bişirin.
Salat üçün cəfəri, kərəviz kökü və yerkökünü yuyun. Duzlu suda yumşalanadək bişirin. Təmizləyin və kub şəklində doğrayın. Bir qabda doğranmış tərəvəzlərlə yaşıl noxudu qarışdırın. Üzərinə xırda doğranmış duzlu xiyar, bişmiş xırda doğranmış yumurta əlavə edin. Duz, istiot və mayonez vurub yaxşıca qarışdırın.
Soyuyan səbətlərin içərisinə salat doldurun.
Səbətin qulpunu yapışdırın və xırda doğranmış göy soğan səpib böyük boşqabda süfrəyə verin.
Nuş olsun!
Еще с сайта: