Bugün şaurma hazırlayacağıq. "Şaurma" və ya "şavarma" ərəb xüsusən də Livan mətbəxinin asan yeməyi sayılır. Əslində isə bu söz türk kökənlidir. Şaurmanın bir çox hazırlanma qaydası var. Ona xüsusi ləzzəti isə lavaşın içərisinə sürtülən sous verir. Ən sadə şaurmanı hazırlamaq üçün bizə lazımdır:
Şaurma
- 1 ədəd toyuğun döş əti
- 2 ədəd qalın lavaş
- 2 ədəd kartof
- 3 x/q mayonez
- 2 x/q xama
- 3 ədəd turşu xiyar
- 1 diş sarmısaq
Hazırlanma qaydası:
Toyuğun ətini kiçik hissələrə doğrayıb, üzərinə su əlavə edib bişiririk. Suyu quruyana yaxın üzərinə duz, istiot səpib ocaqdan götürürük. Kartofları da zövqə görə doğrayıb, yağda qızardırıq. Xiyarları üzünsov doğrayırıq. İndi keçək sousun hazırlanmasına. Xama, mayonez və xırda doğranmış sarmısağı qarışdırıb, lavaşın içərisinə sürtürük.