Sarımsaq və göyərti qatılmış kərə yağı bir çox yeməklərə qeyri-adi ləzzət qatır. Ev şəraitində hazırladığınız bu kərə yağını streç salafana büküb, daha sonra dilimləyərək isti çörəklə də süfrəyə verə bilərsiniz.
Sarımsaqlı kərə yağı
Порций:
Время приготовления:
Tərkibi:
- 100 q kərə yağı
- 1 çay qaşığı duz
- 2 diş sarımsaq
- kəklikotu
- cəfəri
Hazırlanma qaydası:
100 qr kərə yağını otaq temperaturunda yumşaldın. Bir çay qaşığı duzla birlikdə 2 diş sarımsağı əzin. Kərə yağının içinə sarımsağı, bir az kəklikotu və çox xırda doğranmış 2 xörək qaşığı cəfəri əlavə edin və yaxşıca qarışdırın. Sarımsaqlı kərə yağını bir qaba qoyub qapağını bağlayaraq soyuducuda saxlayın.
Nuş olsun!



Еще с сайта: