Bu gün paytaxt salatı reseptiylə bölüşürük. Olivye ve ya Stolichniy kimi daha yaxşı tanınan bu salat ənənəvi olaraq bütün keçmiş Sovetlər respublikalarında xüsusi yer tutur. Bu salat həm bayram həmdə yeni il süfrələrini bəzəyir.

Yumurtaları yuyun, kartofu və kökü əvvəlcədən təmizləyin, qaynadın.
Tərəvəzləri həddən artıq bişirməyin ki doğrayanda əzilməsin. Əti duzlu suda bişirin və soyudun.
Bütün tərəvəz və yumurtanı eyni ölçüdə doğrayın. Soğanı, şüyüdü və keşnişi incə və gözəl doğrayın. Noxud əlavə edin.
Ərzaqları qarışdırın və 1 saatlıq soyuducuya qoyun. Mayonezi salatı masaya təqdim etdikdə əlavə edin ki, salat təzə qalsın və su verməsin.
Mayonez sevməyənlər Olivye salatına xama əlavə edə bilər. Salatı soyuducuda 2 gündən artıq saxlamayın.
Nuş olsun!!!