Saçlarınız üçün ideal sodalı şampun

Порций:   Время приготовления:

 Çay sodası təmizlik, müxtəlif şirniyyatların  hazırlanmasında istifadə edilməklə yanaşı müxtəlif xəstəliklərin müalicəsi üçün də əvəzsiz dərmandır. Olduqca faydalı bu maddə saçın vəziyyətini yaxşılaşdırır, uzun müddət saçın parlaqlığını təmin edir. Siz onu adi şampun əvəzinə istifadə edib və inanılmaz faydasından zövq ala bilərsiniz.

SODA

Hazırlanma qaydası:

Kiçik bir şüşəyə 1:3 nisbətdə soda və su töküb qarışdırın. Qədərini saçın uzunluğundan asılı olaraq tənzimləyin, yəni əgər sizin saçlarınız uzundursa, 9 xörək qaşığı su və 3 xörək qaşığı soda qarışdırın. Daha sonra, siz bu qarışığı quru və ya nəm saçlarınıza , saç kökündən uclarına qədər yaxıb 1-3 dəqiqə saxlaya bilərsiniz. Sonra isti su ilə yuyun.Saçlarınızı alma sirkəsi istifadə edərək yenə yaxalayın.Su ilə sirkəni 1:4 nisbətdə qarışdırın.Ətrini yaxşılaşdırmaq üçün efir yağı istifadə edə bilərsiniz. Saçlarınıza yaxıb daha sonra isti su ilə yuyun. Şampunun faydası artıq ilk istifadədən  sonra nəzərə çarpacaq.Saçlarınız sürətlə uzanacaq, güclü, parlaq və sağlam olacaq!

Метки записи: