Fərqli dadları sevənlər üçün, fransız mətbəxindən Şabalıdlı və balqabaqlı piroq resepti.
Fərqli dadları sevənlər üçün, fransız mətbəxindən Şabalıdlı və balqabaqlı piroq resepti.
Balqabağı kub şəkilində doğrayıb, 15 dəqiqə su hamamında yumşalanadək saxlayın. Şabalıdları da təmizləyib, yumşalanadək suda bişirin.Hər ikisini qarışdırıb, üzərinə 30 qr kərə yağı, 1 çimdik duz əlavə edin. Püre halına gələnədək qarışdırın. Sobanın temperaturunu 160 dərəcədə tənzimləyin. Bu müddətdə iki növ unu, soda və qabartma tozunu birgə ələkdən keçirdin. Digər qabda isə yumurta, şəkər tozu və vanili mikserlə çalın. Kütlə kifayət qədər qalxdıqdan sonra, üzərinə püredən və un qarışımından növbə ilə az-az əlavə edin. Sonda yumşaqxəmir alınacaq. Soba qəlibini yağlayıb, xəmiri içinə tökün. Təqribi 45 dəqiqə bişirin. Piroqu soyudub, süfrəyə verin.
NUŞ OLSUN!