Şəkərsiz pankek

Порций:   Время приготовления:

maxresdefault

Diabet xəstələri və pəhrizdə olanlar  üçün şəkərsiz qəlyanaltı reseptini təqdim edirik.

Tərkibi:

  • 2 yumurta
  •  1 stəkan süd
  •  1 xörək qaşığı bal
  •  1 + 1/4 stəkan un
  •  1 çay qaşığı soda
  •  1 paket vanil və ya 1 xörək qaşığı vanil ekstraktı
  •  1 xörək qaşığı darçın

Hazırlanma qaydası:

Bir qabda yumurta, süd və balı mikserlə qarışdırın. Un, soda, vanil və darçını ayrı bir qabda qarışdırıb yumurtalı qarışığa əlavə edin. Tavanı qızdırın, qarışıqdan 1 çömçə tökün və təxminən 2-3 dəqiqə ikitərəfli bişirin. İstəyə görə meyvələrlə və qızılağac siropu ilə xidmət edin. Nuş olsun!