Ən dadlı və ətirli göyərtilərdən sayılan reyhandan kompot hazırlandığını bilirdinizmi?
Reyhan kompotu
Tərkibi:
- 1 dəstə reyhan
- yarım stəkan şəkər tozu
- 1 litr su
- 1 x/q limon suyu
Hazırlanma qaydası:
Şəkər tozu ilə suyu bir qazanda qaynadırıq. Sonra ocaqdan götürüb, üzərinə təmizlənib, yuylmuş reyhan yarpaqlarını əlavə edirik. Yaxşıca qarışdırıb, limon suyunu da tökürük. Limon suyu əlavə edildikdən sonra reyhanın rəngi çıxacaq, və kompotun dadı daha da gözəl olacaq. Qazanın qapağını örtüb, 1 saat kənara qoyuruq. Sonra süzgəc vasitəsilə süzüb, ətirli kompotu soyuducuda saxlayırıq. Reyhan kompotu sərin halda içilir. Hətta xoş ətir və rəng qatmaq üçün digər kompotlara da əlavə edilə bilər.
NUŞ OLSUN!
Resept üçün Afaq xanıma minnətdarıq.