“Quş yuvası” salatı
Порций:
Время приготовления:
Tərkibi:
-
200 qr toyuq filesi
-
100 qr vetçina
-
100 qr göbələk konservi
-
3 ədəd yumurta ağı
-
3 ədəd kartof
-
duz
-
istiot
-
mayonez
Yumurtaları üçün:
-
3 ədəd yumurta sarısı
-
1 ərinmiş pendir
-
şüyüd
-
1 diş sarımsaq
-
mayonez
Bəzəmək üçün kahı yarpağı
Hazırlanma qaydası:
3 ədəd yumurtanı və toyuq filesini suda bişirin. Kartofun qabığını soyun və samanvari doğrayın (və ya rəndələyin). Bol yağda hər tərəfli qızılı rəng alanadək qızardın.
Bişmiş toyuq filesini əllərinizlə kiçik tikələrə bölün. Vetçinanı samanvari doğrayın, göbələkləri yarımhalqa doğrayın. Rəndənin iri gözündən bişmiş yumurta ağlarını keçirin. Bir qabda toyuq filesi, vetçina, göbələk və yumurta ağlarını qarışdırın. Duz, istiot vurub mayonez yaxın.
“Quş yumurtaları” üçün bişmiş yumurta sarısını və ərinmiş pendiri rəndənin iri gözündən keçirin. Xırda doğranmış şüyüd və mayonez töküb qarışdırın. Kiçik toplar şəklində yuvarlayın. Salatı servis edəcəyiniz boşqaba kahı yarpaqlarını düzün.Üzərinə göbələkli və vetçinalı toyuq salatını yuva şəklində düzün. Salatın üzərinə qızardılmış kartofları tökün, kənarlarına şüyüd yarpaqlarını düzün və yuva hissəsinə yumurtaları yerləşdirin.
Nuş olsun!
Еще с сайта: