“Quş südü” kotleti

Порций:   Время приготовления:

Toyuq ətinin qiyməsi və xamalı içliklə hazırlanan çox dadlı və ətirli, zərif "Quş südü" kotleti həm uşaqların, həm də böyüklərin çox xoşuna gələcək.

Tərkibi:

  • 500 qr toyuq ətinin qiyməsi

  • 100 ml süd

  • 3 diş sarımsaq

  • 100 qr bulka (çörək)

  • duz

  • istiot

  • qızartmaq üçün bitki yağı

İçlik üçün:

  • 2 ədəd yumurta

  • 100 qr pendir

  • 2 xörək qaşığı kərə yağı

  • cəfəri

  • şüyüd

Klyar üçün:

  • 2 ədəd yumurta

  • 3-4 xörək qaşığı xama və ya mayonez

  • 1/2 çay qaşığı qabartma tozu

  • un

  • duz

  • istiot

Hazırlanma qaydası:

İlk öncə bulkanı (çörəyi) süddə isladın. Ətçəkən maşından soğan və süddə isladılmış çörək (südlə birlikdə) keçirin. Toyuq ətinin qiyməsini bir qaba tökün. Üzərinə çəkilmiş çörək və soğan əlavə edin. Əzilmiş sarımsaq, duz və istiot əlavə edib yaxşıca qarışdırın.

İçlik üçün yumurtaları suda bişirin. Bişmiş yumurtaları, pendiri və kərə yağını rəndədən keçirin. Xırda doğranmış göyərti əlavə edib qarışdırın.

Qiyməli qarışıqdan bir qədər ovucunuza götürüb yayın. Orta hissəsinə içlikdən qoyub büküb kotlet forması verin.

Klyar üçün yumurta, xama, qabartma tozu, un, duz və istiotu bir qaba töküb qarışdırın. Kotleti klyara iki tərəfli bulayın. Kotletləri bol yağda qızardın.

"Quş südü" kotleti hazırdır. İstədiyiniz qarnirlə süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Метки записи: ,