Bayram süfrələrində Paytaxt, Mimoza və digər salatları geridə qoyacaq dadlı "Qraf" salatı
Bayram süfrələrində Paytaxt, Mimoza və digər salatları geridə qoyacaq dadlı "Qraf" salatı
Tərəvəzləri bişirib soyudun və təmizləyin. Yumurtanı da bişirin. Bişmiş yumurta ağını sarısında ayırın. İlk qat xırda doğranmış kartof düzüb mayonez və duz vurun. İkinci qata istəyə görə xırda doğranmış, öncədən marinə edilmiş soğan düzün və mayonez, duz vurun. Üçüncü qata xırda doğranmış çuğundur düzüb mayonez və duz vurun. Dördüncü qata xırda doğranmış yumurta sarısı düzün və mayonez, duz vurun. Beşinci qata xırda doğranmış qara gavalı(qaynar su ilə buxarda yumşalmış)düzün və mayonez,duz vurun. Yeddinci qata xırda doğranmış yumurta ağı düzün və mayonez yaxın.Qozu xırdalayıb salatın üzərinə səpin. Hazırladığınız salatı soyuducu qoyun və süfrəyə verilən zaman yarım saat əvvəldən soyuducudan çıxardın.
Nuş olsun!