Qozlu gavalı mürəbbəsi
Порций:
Время приготовления:
Tərkibi:
-
təxminən 1,3 kq gavalı
-
1 kq şəkər tozu
-
500 ml su
-
qoz (gavalının sayına görə)
Hazırlanma qaydası:
İlk öncə gavalını yuyun, qabığını soyun və tumunu çıxardın (çalışın ki, tumunu gavalını kəsmədən çıxardın, yonulmamış qələmlə edə bilərsiniz). İri bir qabda mürəbbəni bişirmək üçün mət hazırlayın. Qaynayan mətin üzərinə gavalıları töküb 5 dəqiqə qaynadın. Ocaqdan götürüb 5 - 6 saat saxlayın. 3 - 4 dəfə təkrar edin. Bişmiş gavalıları süzgəcə tökün məti süzülsün. Hər bir gavalının içinə bölünmüş qozu yerləşdirin. Gavalıları bankaya yığıb üzərinə qaynar məti tökün. Qapağını bağlayıb soyumağı üçün kənara qoyun. Qozlu gavalı mürəbbəsi qışa hazırdır!



Еще с сайта: